"Bu oğlan özünə etibar hiss etdikdə, qarşılığında yüz faiz gücünü sərf edir"

01:30 İspaniya 77
"Bu oğlan özünə etibar hiss etdikdə, qarşılığında yüz faiz gücünü sərf edir"

“Barselona”nın hücumçusu Robert Levandovski, komanda yoldaşı Markus Reşford haqqında danışıb.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, ingiltərəli hücumçunun potensiallı oyunçu olduğunu bildirib:

“Reşfordun keyfiyyətləri məni təəccübləndirirmi? Xeyr, onun böyük potensialı cəmi bir neçə məşqdən sonra özünü göstərdi.

Reşfordda hər şey var: sürət, texnika, zərbələr və hər iki ayağı ilə çox yaxşı oynayır. Bu oğlan özünə etibar hiss etdikdə, qarşılığında yüz faiz gücünü sərf edir.

Reşford yaxşı, mehriban insandır, amma dəstəyə ehtiyacı var. Özünəinamlı hiss etdikdə əlindən gələni edir”.

Reşford bu mövsüm “Barselona”da 36 matçda 10 qol vurub və 13 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti