“Bu illər ərzində arxa planda böyük iş aparıldığını anladım”

00:20 İspaniya 89
“Bu illər ərzində arxa planda böyük iş aparıldığını anladım”

“Barselona”nın hücumçusu Robert Levandovski klubdakı durumu barədə fikirlərini bölüşüb. O, 2022-ci ilin yayından Kataloniya təmsilçisinin şərəfini qoruyur.

Sportinfo.az “Managing Barca”-ya istinadən xəbər verir ki, polşalı forvard ən önəmlisi “Barselona”nın kimliyinə hörmət etmək olduğunu bildirib:

“Bu illər ərzində klubun bərpası və inkişafı üçün arxa planda böyük iş aparıldığını anladım. Pozitiv atmosfer, iddialar, gələcək planlar, yeni

“Kamp Nou” layihəsi – bunların hamısı burada olan hər kəsi motivasiya edir. Ən önəmlisi sabitliyi qorumaq, prosesə inanmaq və “Barselona”nın kimliyinə hörmət etməkdir”.

37 yaşlı hücumçunun “Barselona” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti