Danimarkalı müdafiəçiyə yeni müqavilə təklif etdi - “Barselona”

6 Mart 18:20 İspaniya 139
Danimarkalı müdafiəçiyə yeni müqavilə təklif etdi - “Barselona”

“Barselona” müdafiəçisi Andreas Kristensenlə yeni müqavilə bağlamaq üçün danışıqlara start verib. Onun hazırkı anlaşmasının müddəti bu yay başa çatacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi danimarkalı oyunçuya sözləşmənin müddətini maaşının azaldılması şərti ilə, 2027-ci ilin ortalarınadək uzatmağı təklif edib.

“Barselona”nın idman direktoru Deku dünən 29 yaşlı müdafiəçinin agenti ilə görüşüb və tərəflər yeni anlaşmanın detalları ətrafında ilkin müzakirələr aparıblar.

Kristensen hazırda dekabrın ortalarında aldığı zədədən sonra bərpa prosesini davam etdirir.

Onun mövsümün sonuna yaxın yaşıl meydanlara qayıtması planlaşdırılır. O, 2022-ci ilin yayından “Barselona”nın formasını geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti