“Barselona” “Hoffenhaym”ın hücumçusu Fisnik Aslani ilə maraqlanır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
23 yaşlı forvardı Avropanın digər klubları da izləyir. Ancaq Aslaninin özü karyerasını məhz “Barselona”da davam etdirmək arzusundadır.
Onun müqaviləsində 30 milyon avro məbləğində çıxış şərti nəzərdə tutulub.
Kosovolu futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 25 oyunda iştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.
Klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

