"Avropada çox irəliləmək istəyiriksə..." - “Barselona”nın baş məşqçisi

18:20 İspaniya 113
"Avropada çox irəliləmək istəyiriksə..." - “Barselona”nın baş məşqçisi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının UEFA Çempionlar Liqasından və La Liqadan gözləntiləri haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, alman məşqçi bunu deyib:

“Çempionlar Liqasında qarşıda uzun bir yol var. “Nyukasl” çox çətin rəqibdir.

Avropada çox irəliləmək istəyiriksə, hər matça eyni düşüncə tərziylə yanaşmalıyıq. Amma hazırda “Atletik”lə La Liqadakı qarşıdakı oyunumuza diqqət yetiririk”.

“Barselona” dünən yarımfinalın ikinci oyununda “Atletiko”nu 3:0 hesabıyla məğlub etsə də, Kral kubokundan kənarlaşdırılıb. Madrid klubu ilk oyunda 4:0 hesablı qələbəyə sevinmişdi.

“Barselona”nın “Atletik”lə oyunu 7 martda, Çempionlar Liqasının 1/8 finalında “Nyukasl”la oyunu isə üç gün sonra, İngiltərədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti