“Real” və hücumçusunun problemi deyləndən daha pisdir?

01:30 İspaniya 79
“Real” və hücumçusunun problemi deyləndən daha pisdir?

“Real” və hücumçusu Kilian Mbappenin ətrafı futbolçunun diz zədəsinin ciddiliyi ilə bağlı fərqli mövqedədir.

Madrid klubu daha əvvəl Parisdə keçirilən müayinənin nəticəsinə əsasən, fransalı hücumçuda diz bağlarının dartılmasını (burxulma) və onun təxminən üç həftə meydanlardan uzaq qalacağını açıqlamışdı.

Sportinfo.az “Cadena SER”-ə istinadən xəbər verir ki, “Real” Mbappenin 17 martda “Mançester Siti” ilə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda iştirak edə biləcəyinə inanır.

Bununla belə, fransalı futbolçunun ətrafı zədənin daha ciddi olduğunu düşünür. Onların sözlərinə görə, Mbappenin sol dizinin arxa çarpaz bağı riskli vəziyyətdədir

. Rəsmi sənədlərdə “dartılma” kimi göstərilsə də, problem əslində daha ağırdır.

Mbappenin çevrəsi qarşıdan gələn dünya çempionatına təxminən 100 gün qaldığını xatırladaraq, oyunçunun tam bərpası üçün bu müddətə ehtiyacı olduğunu vurğulayır.

İddiaya görə, “Mançester Siti”yə qarşı oyunda iştirak etmək risklidir və Mbappe bu riski qəbul etmək niyyətində deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti