“Real” baş məşqçi postu üçün yeni namizəd axtarır.
Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi komandanın sükanı arxasında ispaniyalı Alvaro Arbeloanı əvəzləyəcək mütəxəssis variantlarını dəyərləndirir.
“Kral klubu”nun diqqət mərkəzində hazırda “Milan”ın baş məşqçisi olan Massimiliano Alleqri var. İtaliyalı mütəxəssisin 2025/26 mövsümünün sonunda Madriddə işə başlaya biləcəyi bildirilir.
Alleqrinin “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Komanda onun rəhbərliyi altında cari A Seriyası mövsümündə turnir cədvəlinin 2-ci pillədə qərarlaşıb.
“Real” mövsümün gedişində Xabi Alonso ilə yollarını ayırmışdı. İndi isə klub rəhbərliyi yeni layihə üçün təcrübəli mütəxəssis axtarışındadır.

