Əvvəlcə çiyninə, daha sonra çənəsinə dizi ilə zərbə endirdi - FOTO

01:30 İspaniya 96
Əvvəlcə çiyninə, daha sonra çənəsinə dizi ilə zərbə endirdi - FOTO

İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən “Real” – “Xetafe” matçında (0:1) qalmaqallı an yaşanıb.

Matçın 26-cı dəqiqəsində qonaqların futbolçusu Dieqo Riko cinahdan hücum qurarkən ona qarşı əvvəlcə Arda Gülər mübarizəyə qoşulub və oyunçu yerə yıxılıb.

Epizodun davamında Antonio Rüdiger də vəziyyətə müdaxilə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı müdafiəçi yıxılarkən əvvəlcə Rikoya çiynindən, daha sonra isə üz nahiyəsindən – çənəsinə dizi ilə toxunaraq zərbə endirib.

“Xetafe”nin futbolçusu üzünü tutaraq yerə uzanıb və qarşılaşma qısa müddətə dayandırılıb.

Meydana tibbi heyət daxil olsa da, matçın baş hakimi Alehandro Muniz Ruiz epizodda qayda pozuntusu qeydə almayıb və oyun davam etdirilib.

“Real” hazırda 26 oyundan sonra 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu