“Real”a dönməyə tərəddüd edir - Argentinalı yarımmüdafiəçi

00:10 İspaniya 96
“Real”a dönməyə tərəddüd edir - Argentinalı yarımmüdafiəçi

Argentinalı yarımmüdafiəçi Nikolas Pasın gələcəyi ilə bağlı yeni detallar ortaya çıxıb.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, hazırda “Komo”da çıxış edən futbolçu “Real”a mümkün qayıdış məsələsində tərəddüd edir.

Daha əvvəl “kral klubu”nun mövsüm başa çatdıqdan sonra öz yetirməsini geri qaytarmağı planlaşdırdığı bildirilirdi.

Ancaq Pas yalnız əsas heyətdə müntəzəm oyun vaxtına zəmanət alacağı təqdirdə Madridə dönməyə razıdır. O, komandada önəmli rol oynamaq niyyətindədir.

Yaranmış vəziyyətdən “İnter” yararlana bilər. Milan təmsilçisi Pasa sabit oyun praktikası vəd etməyə hazırdır.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər daxil olmaqla 29 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu