“Barselona”da prezident seçkiləri barədə danışmaq niyyətində deyil - MESSİ

18:40 İspaniya 71
“Barselona”da prezident seçkiləri barədə danışmaq niyyətində deyil - MESSİ

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Barselona”da qarşıdan gələn prezident seçkiləri barədə danışmaq niyyətində deyil.

Namizədlər 38 yaşlı futbolçunun adını kampaniya çıxışlarında fəal şəkildə istifadə edirlər, ancaq oyunçunun özü bu barədə danışmaq istəmir.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Messi məsələ ilə bağlı hansısa ictimai suala cavab verməmək qərarına gəlib.

Kataloniya klubunun prezident seçkiləri martın 15-də keçiriləcək.

Aparıcı namizədlərdən olan Viktor Font dəfələrlə açıq şəkildə bildirib ki, Xuan Laporta (“Barselona”nın sabiq prezidenti) yenidən seçilsə, “Barselona”nın Messi ilə rəhbərlik səviyyəsində münasibətləri bərpa olunmayacaq.

Argentinalı forvard uzun müddət “Barselona”da çıxış edib. O, 2021-ci ildə kataloniyalılarla yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti