“Real Madrid”in ulduzu Cud Bellinqemin zədəsi ilə bağlı vəziyyət ciddiləşib və oyunçunun yaşıl meydanlara qayıdışı qeyri-müəyyən müddətə təxirə salınıb.
Sportinfo.az “Onda Cero”ya istinadən xəbər verir ki, fevralın 1-də “Rayo Valyekano” ilə matçda sol ayağından əzələ zədəsi alan ingiltərəli yarımmüdafiəçinin sağalma prosesi gözləniləndən daha ağır keçir.
İlkin proqnozlar bir aylıq fasiləni göstərsə də, son müayinələr Bellinqemin aprelin ortalarına qədər oynamayacağını üzə çıxarıb.
Bu isə 22 yaşlı oyunçunun mövsümün ən həlledici iki ayını kənardan izləyəcəyi mənasına gəlir.
Kub rəhbərliyi Bellinqemin gənc yaşını nəzərə alaraq, onun karyerasını riskə atmamaq üçün tam bərpa prosesini gözləməyə qərar verib.

