“Barselona” “Mançester Yunayted”in hücumçusunun transferini reallaşdırmaq üçün…

2 Mart 18:20 İspaniya 326
“Barselona” “Mançester Yunayted”in hücumçusunun transferini reallaşdırmaq üçün…

“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun transferini reallaşdırmaq üçün danışıqları davam etdirir.

Kataloniya klubu hazırda ingiltərəli oyunçunu mövsümün sonuna qədər icarə əsasında heyətində saxlayır və bundan sonra onun transfer hüquqlarını tam almaq niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub daxilində bu keçidin baş tutacağı ilə bağlı nikbinlik qorunur.

28 yaşlı futbolçunun yaxın günlərdə transferə yekun razılıq verməsi gözlənilir.

Bununla belə, “Mançester Yunayted” rəhbərliyi hələ də öz mövqeyində qalır və razılaşmanın yekunlaşması üçün əlavə şərtlər irəli sürür. “Barselona” rəhbərliyi isə transferi tamamlamaq üçün ingilisləri razı salmağa çalışacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq