"Onlardan üzr istəməmələrini, məni təhqir etmələrini xahiş edirdim"

12:00 İspaniya 151
"Onlardan üzr istəməmələrini, məni təhqir etmələrini xahiş edirdim"

“Atletiko”nun sabiq hücumçusu Dieqo Koşta “Barselona” ilə qarşılaşdıqları dövrü xatırlayıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər vrir ki, o, Kataloniya klubunun sabiq oyunçuları Jerar Pike və Karles Puyolla oyunlardan danışıb:

“Barselona” ilə oynadığımız zaman Pike və Puyol məni vururdular, amma sonra üzr istəyirdilər.

Onlardan üzr istəməmələrini, məni təhqir etmələrini xahiş edirdim. “Barselona”ya qarşı matçlarda əsasən müdafiə olunmağa məcbur idik, topa demək olar ki, toxunmurduq”.

37 yaşlı Koşta 2007-2014-cü illərdə və 2017/18 mövsümündə “Atletiko”da çıxış edib. O, Madrid klubunun heyətində ümumilikdə 217 oyun keçirib və 83 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında