“Real”la bağlı şüara təhqiramiz jestlə cavab verdi

2 Mart 15:20 İspaniya 483
“Real”la bağlı şüara təhqiramiz jestlə cavab verdi

“Barselona”nın keçmiş prezidenti Xuan Laporta azarkeşlərin əzəli rəqibləri “Real”dan bəhs edən şüarını dəstəkləyib.

Sportinfo.az xəbər verir ki, Laporta, La Liqanın 26-cı turunda, “Barsa”nın “Vilyarreal”la ev oyunu (4:1) zamanı tribunada olub.

Kameralar onun azarkeşlərin “Kim ayağa qalxmasa, madridlidir” şüarına qoşulduğu anı lentə alıb.

Laporta ayağa qalxmaq bir yana, təhqiramiz sayılan “dirsək jesti”ni də göstərib.

Xuan Laporta yenidən “Barselona”nın prezidenti ola bilər. Klubda növbəti prezident seçkiləri martın 15-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!