“Real” istəyir - “Kristal Pelas”ın yarımmüdafiəçisini

14 Sentyabr 01:40 İspaniya 25
“Real” istəyir - “Kristal Pelas”ın yarımmüdafiəçisini

“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az “Defensacentral”-a istinadən xəbər verir ki, “Real” 21 yaşlı futbolçunun transferi üçün təxminən 60 milyon avro ödəməyi planlaşdırır.

Gənc oyunçuya İngiltərənin top-klublarından “Mançester Yunayted” də maraq göstərir. Bildirilir ki, “qırmızı şeytanlar” artıq Uortonun meneceri ilə gələn yay baş tuta biləcək keçidlə bağlı ilkin danışıqlar aparıblar.

“Kristal Pelas” Uortonu 2024-cü ildə 21 milyon avroya heyətinə qatmışdı.

O, cari mövsümdə bütün turnirlərdə 6 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti