
“Real”ın müdafiəçisi Antonio Rüdiger yaşadığı ciddi zədə ilə bağlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında belə yazıb:
“Allah dedi ki, yol asan olmayacaq. O vəd etdi ki, səbr edənlərlə olacaq”.
32 yaşlı müdafiəçi zədəsinə görə bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.
O, cari mövsümdə “Real”ın heyətində cəmi bir qarşılaşmada iştirak edə bilib. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin ortalarına kimidir.
Üç turdan sonra La Liqada maksimum nəticə qazanan “Real” 9 xalla turnir cədvəlinin lideridir.