
“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi qış transfer pəncərəsində “Barselona”ya keçə bilər.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik şəxsən ingilis futbolçunun transferində maraqlıdır və onun oyun üslubunun “Barselona”ya uyğun olduğunu düşünür.
24 yaşlı müdafiəçi bu yay “Liverpul”a keçməyə yaxın idi, ancaq transfer baş tutmadı. O, həmçinin, “Bayern”, “Real”, “İnter” və “Yuventus”un da maraq dairəsindədir.
İngiltərə millisinin üzvü ötən mövsüm “Kristal Pelas”ın heyətində 44 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.