“Barselona” Levandovskiyə yeni “varis” seçdi - Kimdir o?

15:40 İspaniya 111
“Barselona” Levandovskiyə yeni “varis” seçdi - Kimdir o?

“Barselona” hücumçusu Robert Levandovskinin mümkün əvəzləyicisini müəyyənləşdirməyə çalışır.

Sportinfo.az “Africa Soccer”-ə istinadən xəbər verir ki, İspaniya klubu “Zalsburq”un forvardı Karim Konate ilə maraqlanır.

21 yaşlı futbolçu ötən ilin noyabrından etibarən dizindəki çarpaz bağların qopması səbəbindən yaşıl meydanlardan uzaqdır. Ancaq onun potensialı “Barsa”nın diqqətindən yayınmayıb.

“Transfermarkt” Konatenin bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir. O, “Zalsburq”un əsas komandasında 64 oyunda meydana çıxıb, 33 qol vurub və 11 məhsuldar ötürmə edib.

Kataloniya klubu Konateni 37 yaşlı Levandovskinin varisi kimi nəzərdən keçirir.

Digər Xəbərlər
Xəbər Lenti