
“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe sonuncu dəfə nə vaxt ağladığı ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, PSJ ilə bağlı xatirəsini yada salıb:
“Sonuncu dəfə 2021-ci ildə, PSJ Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Mançester Siti”yə məğlub olanda futbola görə az qala ağladım.
Oynamırdım. O zaman az qala ağlayacaqdım, çünki faydasız idim”.
26 yaşlı forvard bu mövsüm İspaniya çempionatında “Real”ın heyətində 3 oyun keçirib və 3 qol vurub. Madrid klubu hazırda 9 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.