"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi yeni müdafiəçi transfer etdi

00:10 İspaniya 68
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi yeni müdafiəçi transfer etdi

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniya təmsilçisi "Atletik" yeni transfer edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bilbao kollektivi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Aymerik Laporte ilə anlaşıb.

Müdafiəçinin müqaviləsinin müddəti barədə məlumat verilməyib.

Laporte 2011-ci ildən 2018-ci ilə kimi "Atletik"də çıxış edib. O, "Əl-Nəsr" klubunun heyətində meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənməyi bacarıb.

Çempionlar Liqasının Liqa mərhələsinin III turunun "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM