
“Atletik” və sabiq müdafiəçisi Emerik Laport yenidən birləşməyə ümid edirlər.
İspaniyalı futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan transferi vaxtında rəsmiləşdirilmədiyi üçün problem yaranıb.
Daha sonra isə FİFA Bilbao təmsilçisinin yay transfer pəncərəsindən kənarda Laportu qeydiyyata almasına icazə verməyib.
Sportinfo.az “El Correo”-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu hələ də Bilbaodadır və FİFA-nın apellyasiya müraciətinə cavabını gözləyir.
“Atletik” bu həftə qərarın veriləcəyinə ümid edir. Cavab mənfi olarsa, klub məsələni İdman Arbitraj Məhkəməsinə (CAS) çıxarmağı planlaşdırır.
Laport daha əvvəl “Atletik”də çıxış etdiyi müddətdə 222 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Atletik” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.