
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqada üçüncü yerlə kifayətlənmək niyyətində deyil.
Sportinfo.az “El Partidazo”-ya istinadən xəbər verir ki, agentinalı çalışdırıcı “Real” və “Barselona”nı turnir cədvəlində geridə qoymaq istəyir:
“Bilirəm ki, qalib gəlməliyik. Mən bunu artıq dörd ildir ki, anlayıram.
“Atletiko” inkişaf etmək və böyümək istəyirsə, onda La Liqanı qazanmalıdır. Biz 1996, 2014 və 2021-ci illərdə çempion olmuşuq.
İndi də vaxtıdır. Qalib gəlməliyik. Mən rahatlaşmağa çalışmıram və üçüncü yeri kifayət qədər yaxşı hesab etmirəm.
Çünki bu, belə deyil. Üçüncü yer məni sevindirmir”.
“Atletiko” La Liqanın ilk üç turunda cəmi iki xal toplaya bilib.