
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Barselona”nın futbolçusu Lamin Yamalla söhbətlərindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçuya təkcə istedadının deyil, həm də güclü xarakterinin kömək etdiyini söyləyib:
“Mən Yamalla daim danışıram. Futbolçularla sıx dialoq saxlamaq mənim üçün vacibdir ki, onlar özlərini təhlükəsiz, inamlı hiss etsinlər.
Bilsinlər ki, mənimlə hər zaman danışa bilərlər, mən onları başa düşürəm”.
18 yaşlı cinah oyunçusu iki il əvvəl İspaniya millisində debüt edib. O, həm “Barselona”, həm də yığma üçün əsas rol oynayır.