
“Barselona”nın idman direktoru Deku komandanıın vingeri Lamin Yamal üçün təklif alıb-almadıqları ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, “Real”dan belə təklifin olmadığını xüsusi vurğulayıb:
“Bəli, keçən mövsüm bəli, bu mövsüm hələ yox. Amma biz onun qalmasını istəyirik.
Təkliflər yoxdur, çünki onları nəzərdən keçirməyəcəyik. Ancaq PSJ xahiş etmişdi, “Real” isə yox”.
Daha əvvəl Yamalın “Barselona” ilə müqaviləsini uzatmağı planlaşdırdığı bildirilib. İspaniyalı futbolçunun maaşının ildə 9 milyon avroya qədər artacağı qeyd edilib.
Onun hazırda maaşı mövsüm başına 420 min avro təşkil edir və “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədərdir.