Mövsümün sonunda baş məşqçi postunu tərk edəcək

24 May 01:30 İspaniya 288
Mövsümün sonunda baş məşqçi postunu tərk edəcək

“Real Madrid”in sabiq hücumçusu Raul Qonzales mövsümün sonunda “kral klubu”nun ikinci komandası “Kastilya”nın baş məşqçi postunu tərk edəcək.

Sportinfo.az “Diario AS” nəşrinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis üç klubun maraq dairəsinə düşüb.

Belə ki, İspaniyanın “Vilyarreal”, İngiltərə Premyer Liqasına yeni vəsiqə qazanan “Lids” və Almaniyanın “Şalke” klubu Raulu komandalarının başında görmək istəyirlər.

Bundan əvvəl “kral klubu” sabiq futbolçusu ispaniyalı Xabi Alonsonun əsas komandanın baş məşqçisi vəzifəsinə dəvət olunmasından sonra Raulun ikinci komandadan getmək qərarına gəldiyi bildirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!