
“Barselona”nın idman direktoru Deku komandanın müdafiəçisi Ronald Arauxo ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, Arauxonun onları tam razı saldığını bildirib:
“Arauxo bizi tam razı salır. O, burada xoşbəxtdir və məhz buna görə də onun gələcəyi ilə bağlı heç bir müzakirə aparılmır”.
26 yaşlı uruqvaylı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.