“Messi “Kamp Nou”da özü istədiyi şəkildə vidalaşmağı haqq edir”

23 May 2025 00:10 İspaniya 768
“Messi “Kamp Nou”da özü istədiyi şəkildə vidalaşmağı haqq edir”

“Barselona”nın prezidentinin müşaviri Enrik Masip komandanın sabiq futbolçusu Lionel Messinin yenidən qurulan “Kamp Nou” stadionunda vida oyunu keçirməsinin vacibliyini vurğulayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Messinin tarixdəki ən yaxşı futbolçu olduğunu söyləyib:

“Prezident (Xuan Laporta) bu barədə həmişə danışıb. O, Messiyə böyük hörmət bəsləyir və onun burada vida oyunu keçirməsini çox istərdi.

Messi tarixdəki ən yaxşı futbolçudur və yeni “Kamp Nou”da özü istədiyi şəkildə vidalaşmağı haqq edir”.

“Kamp Nou”nun rekonstruksiyası 2026-cı ildə başa çatmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!