Paytaxt klubunun hücumçusu uğrunda “müharibə” gedir

00:00 İspaniya 100
Paytaxt klubunun hücumçusu uğrunda “müharibə” gedir

Argentina millisinin və “Atletiko”nun hücumçusu Xulian Alvares transfer bazarında ciddi maraq doğurur.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

Argentinalı futbolçunun transferi uğrunda İngiltərənin “Arsenal” və “Liverpul”, eləcə də Almaniyanın “Bayern” klubları rəqabət aparacaq.

Alvaresin mümkün keçidi ilə bağlı danışıqlara gələn həftə start veriləcək.

24 yaşlı forvardın “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. O, bu mövsüm Madrid komandasının heyətində 53 oyunda iştirak edərək 29 qol vurub və 6 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...