
“Real”ın yarımmüdafiəçisi Luka Modriç cari mövsümün sonunda klubdan ayrılacaq.
Daha öncə komandanın yeni baş məşqçisi olacaq Xabi Alonso xorvatiyalı futbolçunu gələcək mövsümün planlarına daxil etsə də, klub rəhbərliyi onunla yolları ayırmaq qərarına gəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın COPE radiosu məlumat yayıb.
Uzun illər Madrid komandasında çıxış edən Modriç mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəsə də, klub bu məsələ ilə bağlı danışıqlar aparmağı planlaşdırmır.
Təxminlərə görə, 39 yaşlı oyunçu azarkeşlərlə vidalaşmasını mayın 24-də “Real Sosyedad”a qarşı keçiriləcək La Liqanın son turunda, “Santyaqo Bernabeu”da edəcək.
Modriç 2012-ci ildən “Real”ın şərəfini qoruyur və bu müddət ərzində 590 oyun keçirib.