
“Real” baş məşqçi Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşır.
Braziliya Futbol Konfederasiyası artıq mayın 12-də italiyalı mütəxəssisin milli komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Ancaq “kral klubu” bu barədə hələ də rəsmi bəyanat yaymayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” Ançelottinin gedişini La Liqanın son turu çərçivəsində “Real Sosyedad”la oyundan bir gün əvvəl, yəni sabah rəsmən elan edəcək.
Sözügedən qarşılaşma Ançelotti üçün vida oyunu olacaq.
Onun yerinə isə komandanın “sükanı arxasına” Leverkuzen “Bayer”inin çalışdırıcısı Xabi Alonsonun gətiriləcəyi gözlənilir.
Yeni təyinatla bağlı rəsmi açıqlamanın Ançelottinin gedişindən dərhal sonra verilməsi planlaşdırılır.