
Lukas Vaskes 18 illik “Real” karyerasına son qoyur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı yaxın zamanda keçiriləcək Klublararası dünya çempionatında iştirak edəcək və sonra “kral klubu”nu tərk edəcək.
Onun “Real”la müqaviləsinin müddəti cari ilin iyununda başa çatacaq.
33 yaşlı oyunçu “Real”da keçirdiyi 399 matçda 38 qol vurub və 73 məhsuldar ötürmə verib.
Klublararası dünya çempionatı 15 iyun-13 iyul tarixləri arasında ABŞ-da keçiriləcək.