
“Barselona” Rafinya ilə yeni razılıq əldə edib.
Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Braziliyalı vingerlə 2028-ci ilin yayına qədər müqavilə imzalayacaq. B
u, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Fliklə imzalanacaq yeni sözləşmədən sonra baş tutacaq.
Rafinya bu mövsüm “Barselona”nın heyətində 56 oyuna çıxaraq 34 qol vurub və 25 qolun ötürməsini edib. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.