Maaşında azalmaya getməyi xahiş edəcək - Bu şərtə “hə” deməyə hazırdır

00:20 İspaniya 90
Maaşında azalmaya getməyi xahiş edəcək - Bu şərtə “hə” deməyə hazırdır

Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, 39 yaşlı futbolçu daha bir mövsüm “kral klubu”nda qalmaq niyyətindədir və komandada 2026-cı ilin yayına qədər çıxış etməyi planlaşdırır.

Modriçin əsas hədəfi 2026-cı ildə keçiriləcək dünya çempionatında Xorvatiya millisinin heyətində son dəfə iştirak etmək və turnirdən sonra karyerasını başa vurmaqdır.

“Real”ın gələcək baş məşqçisi Xabi Alonso da Modriçin komandada qalmasına razılıq verib.

Klub təcrübəli yarımmüdafiəçidən maaşında azalmaya getməyi xahiş edəcək, ancaq Modriç üçün bu problem deyil. O, belə bir şərti qəbul etməyə hazırdır.

Xorvatiya yığması hələ dünya çempionatına vəsiqə qazanmayıb. Komanda seçmə mərhələdə Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariq yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Modriç 2012-ci ilin yayından bəri “Real”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti