
“Barselona”nın prezidenti Xuan Laporta “Atletik”in 22 yaşlı vingeri Niko Uilyamsa maraq göstərilməsi ilə bağlı açıqlama verib.
İspaniyalı futbolçu ötən yay Kataloniya təmsilçisinin əsas transfer hədəflərindən biri hesab olunsa da, keçid baş tutmamışdı.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta qarşıdakı yay transfer pəncərəsində klubun diqqətini digər oyunçulara yönəldəcəyini bildirib:
“Keçən yay Niko Uilyamsı və Dani Olmonu potensial transferlər kimi dəyərləndirirdik. Amma indi düşünürəm ki, klubumuz başqa oyunçulara üstünlük verir”.
Daha əvvəl yayılan xəbərlərə görə, “Barselona” yaxın transfer dövründə yeni cinah oyunçusu ilə güclənməyi planlaşdırır.