“Barselona” onu satışa çıxaracaq - 70 milyon avroya

9 May 18:40 İspaniya 161
“Barselona” onu satışa çıxaracaq - 70 milyon avroya

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo cari mövsümün sonunda komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Deadline Day Live” məlumat yayıb.

La Liqa liderinin rəhbərliyi ispaniyalı futbolçunu satışa çıxarmaq niyyətindədir. Klub,

Olmo üçün 70 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazırdır.

27 yaşlı oyunçu “Barselona”ya ötən ilin yayında transfer olunub. Onun klubla hazırkı müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.

O, bu mövsüm La Liqada 21 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!