“Barselona” ilə final matçını buraxa bilər - “Real”ın ulduzu

14 Aprel 18:40 İspaniya 835
“Barselona” ilə final matçını buraxa bilər - “Real”ın ulduzu

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 31-ci turunda “Alaves”lə oyunda qırmızı vərəqə alıb və buna görə də “Barselona” ilə İspaniya kubokunun final matçını buraxa bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Fransalı futbolçu İspaniya çempionatı matçında “Alaves”in yarımmüdafiəçisi Antonio Blankonun baldır nahiyəsinə təpik vurduğu üçün birbaşa “qırmızı” alıb.

Buna görə də Mbappe növbəti bir-üç oyun diskvalifikasiya ala bilər.

Mbappenin diskvalifikasiya müddəti ilə bağlı yekun qərarı Müsabiqə Komitəsi verəcək. Bu, matçın baş hakimi Sezar Soto Qradonun oyundan sonra rəsmi hesabatda nə yazmasından asılı olacaq.

O, bunun Mbappe tərəfindən bilərəkdən qayda pozuntusu olduğunu qeyd etsə, oyunçu birdən üçə qədər yerli matçları buraxa bilər.

“Real” aprelin 26-da “Barselona” ilə keçiriləcək kubokun finalından əvvəl La Liqada “Atletik” və “Xetafe” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti