Komanda yoldaşının əvəzinə penalti vurmasının səbəbini açıqladı

7 Aprel 2025 00:10 İspaniya 490
Komanda yoldaşının əvəzinə penalti vurmasının səbəbini açıqladı

“Real”ın müdafiəçisi Antonio Rüdiger UEFA Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə oyunda vurduğu penaltidən danışıb.

Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, Endrik meydana təzəcə çıxdığına görə zərbəni özü yerinə yetirmək qərarına gəldiyini bildirib:

“Məsuliyyəti öz üzərimə götürməyə qərar verdim. Endrikin yerinə zərbə endirmək qərarına gəldim.

Çünki o, təzəcə meydana çıxmışdı. Üstəlik, o, son vaxtlar o qədər də tez-tez oynamırdış

Ona görə də bu zərbəni vurmağa qərar verdim. Bir şey səhv getsəydi, onun öhdəsindən ondan daha yaxşı gələ bilərdim”.

“Kral klubu” Çempionlar Liqasının 1/4 finalının ilk oyununda aprelin 8-də “Arsenal”la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti