Özünü Ronaldo ilə müqayisə etdi: “Bu, mənim üçün ən vacib şeydir”

6 Aprel 2025 01:30 İspaniya 497
Özünü Ronaldo ilə müqayisə etdi: “Bu, mənim üçün ən vacib şeydir”

“Real”ın hücumçusu Kilian Mbappe meydandakı mövqeyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bir neçə mövqedə oynadığını bildirib:

“Məsələn, Kriştiano Ronaldo hücumda üç mövqedə oynadı. Mən də bir neçə mövqedə oynadım.

Ən əsası komanda yoldaşlarınla ​​ortaq dil tapmaqdır. Oyundan həzz almalısan. Bu, mənim üçün ən vacib şeydir. Qalan hər şey sadəcə danışıqdır”.

26 yaşlı hücumçu bu mövsüm “Real”ın heyətində 45 matçda iştirak edib, 32 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti