Baş məşqçidən daha risksiz oynamağı xahiş edib - İdman direktoru

5 Aprel 2025 01:40 İspaniya 905
Baş məşqçidən daha risksiz oynamağı xahiş edib - İdman direktoru

“Barselona”nın idman direktoru Deku İspaniya kubokunun “Atletiko” ilə səfər matçından öncə komandanın baş məşqçisi Hans-Diter Fliklə danışıb.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Deku Flikdən keçmiş uğursuzluqları nəzərə alaraq, böyük səfər oyunlarında daha praqmatik oynamasını istəyib:

“Bu cür oyunlarda daha riskli futbol yoxdur”.

İspaniya kubokunun yarımfinalının cavab oyunu “Barselona”nın “Atletiko” üzərində 1:0 hesablı qələbəsi (ilk oyun – 4:4) ilə yekunlaşıb.

Bu nəticə kataloniyalılara turnirin finalına yüksəlməyə imkan verib. Flikin yetirmələri həlledici matçda “Real”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?