Arda Güləri bu yay heyətinə cəlb etmək istəyir - Premyer Liqa təmsilçisi

4 Aprel 2025 12:00 İspaniya 981
Arda Güləri bu yay heyətinə cəlb etmək istəyir - Premyer Liqa təmsilçisi

“Aston Villa” “Real”ın gənc ulduzu Arda Güləri bu yay heyətinə cəlb etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Team Talk” məlumat yayıb.

Məlumatda Birmingem təmsilçisinin idman direktoru Ramon Monçinin türkiyəli yarımmüdafiəçinin pərəstişkarı olduğu bildirilib.

İngiltərə nəhəngi “Liverpul” da futbolçusu Dominik Soboslai ilə qalmaqalına baxmayaraq, Ardanı transfer etmək istəyir.

Həmçinin “Bayer Leverkusen”, “Arsenal”, “Leipsiq”, “AC Milan”, “İnter”, “Sevilya” ve “Real Soseydad” kimi klubların da türk ulduzla maraqlandığı qeyd olunub.

Gülər bu mövsümdə 32 matçda 3 qol və 7 ötürmə ilə yadda qalıb. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

“Transfermarkt” portalı oyunçunun transfer qiymətini 45 milyon avro qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti