“Bizim kimi adi insanlar üçün...” - Daha bir klub rəhbəri narazılıq etdi

13 Yanvar 21:40 İspaniya 617
“Bizim kimi adi insanlar üçün...” - Daha bir klub rəhbəri narazılıq etdi

“Sevilya”nın prezidenti Xose Mariya del Nido Karrasko “Barselona”nın futbolçusu Dani Olmonun qeydiyyatına icazə verilməsi qərarını şərh edib.

Sportinfo.az xəbər verir ki, “Relevo” nəşri Əndəlüs klubunun prezidentindən sitat gətirib:

“Bizim, adi insanlar üçün qaydalar tamamilə fərqli şəkildə tətbiq olunur”.

Hazırkı vəziyyəti daha əvvəl həm “Atletiko”, həm də “Las Palmas” tənqid etmişdi.

Bir çox ekspertlər Kataloniya klubunun bu məsələdə uğursuzluğa düçar olacağını proqnozlaşdırsa da, “Barselona” Dani Olmo və Pau Viktoru Ali İdman Şurası vasitəsilə qeydiyyatdan keçirə bilib.

Maraqlıdır ki, “Real” “Barselona”nı bu məsələdə dəstəkləyir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu