Karyerasını 1 ay öncə bitirən qapıçı ilə anlaşdı - “Barselona”

25 Sentyabr 2024 21:40 İspaniya 2 393
Karyerasını 1 ay öncə bitirən qapıçı ilə anlaşdı - “Barselona”

Voyçex Şesnı karyerasını bərpa edəcək.

Sportinfo.az “Relevo”-ya istinadən xəbər verir ki, 34 yaşlı polşalı futbolçu “Barselona”nın təklifi ilə razılaşıb.

Kataloniya klubu Mark-Andre ter Ştegen dizindən ciddi zədə aldıqdan sonra Şesnını transfer etmək qərarına gəlib.

Şesnı karyerasını bir ay əvvəl bitirib, baxmayaraq ki, onun “Yuventus”la müqaviləsi 2025-ci ilin ortalarına qədər qüvvədə idi.

Polşalı qolkiper bu müddətdən əvvəl karyerasını bərpa etdiyi üçün Turin klubuna təzminat ödəməlidir. “Barselona”nın bu problemi həll etməkdə heç bir çətinliyi olmamalıdır.

“Barsa” cari İspaniya çempionatında keçirdiyi matçların hamısında qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti