Hücumçusu üçün gələn azı 10 təklifi rədd etdi – “Real”

26 Avqust 2024 12:20 İspaniya 794
Hücumçusu üçün gələn azı 10 təklifi rədd etdi – “Real”

“Real” hücumçusu Endriki komandada saxlamaq qərarına gəlib.

Sportinfo.az “Diario”-ya istinadən xəbər verir ki, Madrid klubu bu yay braziliyalı futbolçu üçün ən azı 10 icarə təklifini rədd edib.

Bu təkliflərin altısı İspaniyadan, qalanları isə Fransa, İtaliya və Almaniyadan olub. “Real” bütün klublara hücumçunun heç yerə getmədiyini açıq şəkildə bildirib.

18 yaşlı futbolçu iyul ayında Madrid klubu ilə 6 illik müqavilə imzalayıb. “Real” Endrikin transferi üçün 47,5 milyon avro ödəyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti