“Barselona”nın müdafiəçisi ilə maraqlanır - Ərəbistanlılar

26 Avqust 2024 10:20 İspaniya 579
“Barselona”nın müdafiəçisi ilə maraqlanır - Ərəbistanlılar

“Barselona”nın müdafiəçisi İniqo Martines Səudiyyə Ərəbistanı çempionatına gedə bilər.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə “Əl-Hilal” maraqlanır.

“Barselona” 33 yaşlı müdafiəçi ilə ayrılmaq istəməsə də, yaxşı pul təklif olunarsa, razılaşa bilər.

Martines ötən mövsüm İspaniya çempionatında 20 oyun keçirib.

“Barselona” La Liqanın yeni mövsümünə uğurlu start verib. Katalonlar “Valensiya” və “Atletik”i məğlub edib (hər iki oyunda 2:1 hesablı qələbə).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti