“Real”ın qapıçısı Andrey Luninin növbəti mövsümü harada keçirəcəyi məlum olub.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, ukraynalı Madrid klubunda qalacaq.
”Real”ın rəhbərliyi qolkiperi komandada saxlayacaqlarını bildirib. Luninin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Yeni müqavilənin imzalanması futbolçudan yox, daha çox “Real”dan asılıdır.
Lunin 2018-ci ildən İspaniya klubunda çıxış edir. O, 2023/24 mövsümünün sonunda İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.

