Ərəblərin pulu onu çəkmir, “Barselona”ya qayıtmaq istəyir

25 Avqust 2024 00:10 İspaniya 691
Ərəblərin pulu onu çəkmir, “Barselona”ya qayıtmaq istəyir

Səudiyyə Ərəbistanından sərfəli təklif alan “Mançester Siti”nin müdafiəçisi Joao Kanselo İspaniya çempionatına qayıtmaq istəyir.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu keçən mövsüm icarə əsasında rənglərini qoruduğu “Barselona”da oynamaq arzusunu dilə gətirib.

Kataloniya klubu da həmçinin Kanselonun xidmətində maraqlıdır. “Barselona” icarəyə götürdüyü futbolçunun transferi ilə bağlı “şəhərlilər”lə danışıqlar aparmağa çalışacaq.

Kanselo ötən mövsüm La Liqada 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti