Karyerasını Premyer Liqada davam etdirmək imkanı var – “Real”ın ulduzunun

23 Avqust 2024 10:00 İspaniya 937
Karyerasını Premyer Liqada davam etdirmək imkanı var – “Real”ın ulduzunun

“Real”ın hücumameyilli yarımmüdafiəçisi Reynier Jesusun karyerasını Premyer Liqada davam etdirmək imkanı var.

Sportinfo.az xarici KiV-ə istinadən xəbər verir ki, “İpsviç” braziliyalı futbolçu ilə maraqlanır.

İngilislər Reynieri sonradan almaq şərti ilə icarəyə götürmək istəyirlər. Madrid klubunun rəhbərliyi də yarımmüdafiəçi ilə yollarını ayırmağa hazırdır.

22 yaşlı futbolçu icarə əsasında Dortmund “Borussiya”sında, “Jirona”da və “Frozinone”də çıxış edib.

“Real” Reynieri Braziliya “Flamenqo”sundan 30 milyon avroya transfer etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti