“Barselona”nın yeni transferi indi nə istəyir?

19 Avqust 2024 15:20 İspaniya 2 281
“Barselona”nın yeni transferi indi nə istəyir?

“Barselona”nın yeni futbolçusu Dani Olmo komandada ən qısa zamanda debüt etmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu intensiv məşq edir və o, artıq oynamaq üçün lazımi fiziki hazırlığa gəlib.

Avropa çempionu avqustun 9-da “Leyptsiq”dən alınıb, lakin “Barselona” onu hələ ki, qeydiyyatdan keçirə bilməyib.

Olmo La Liqanın 2-ci turunda, “Atletik”lə keçiriləcək oyunda iştirak etməyə ümid edir.

Hans-Diter Flikin komandası İspaniya çempionatına “Valensiya” üzərində əzmkar qələbə ilə (2:1) başlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti