“Real"ın yeni hücumçusu Kilian Mbappe PSJ-nin futbolçusu olduğu 2023-cü ilin yayından bəri həyatında baş verən hadisələri işıqlandıracaq sənədli film hazırlayır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.
Qeyd olunur ki, filmdə Mbappenin PSJ-dəki son ayları və Madrid klubuna keçidi təsvir olunacaq.
Layihəyə 25 yaşlı hücumçunun ailəsi ilə yaxın əlaqələri olan fransız prodüser Antuan Le Roy rəhbərlik edir.
İyunun 3-də Mbappe rəsmi olaraq “Real Madrid”in oyunçusu olub. Klub iyulun 16-da “Santyaqo Bernabeu” stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirib.

