“Real” müdafiəçisi Eder Militaonu satmağa razı olmayıb.
Sportinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Madrid klubu Səudiyyə Ərəbistanından 26 yaşlı futbolçu üçün 100 milyon avrodan çox təklifi rədd edib.
Braziliyalı 2019-cu ildən Madrid təmsilçisində çıxış edir. Bu müddət ərzində Militao 156 oyuna çıxıb, 11 qol vurub və 5 qolun ötürməsini verib.
Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

